Belarus Prezidenti Aleksandr Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib. SİA-nın BELTA-ya istinadən məlumatına görə, bu barədə jurnalistlərə Prezidentin mətbuat katibi Natalya Eysmont bildirib.
"ABŞ və Belarus prezidentləri Donald Tramp və Aleksandr Lukaşenko arasında əldə edilmiş razılaşmaların davamı olaraq, Ukrayna tərəfinin xahişi ilə qonşu dövlətdə silahlı münaqişənin nizamlanması üçün şəraitin yaradılması məqsədilə, Belarus Prezidenti ölkəmizin ərazisində cinayət törətmiş 31 Ukrayna vətəndaşını əfv edib", - deyə o bildirib.
N.Eysmont qeyd edib ki, hazırda həmin şəxslər Ukrayna tərəfinə təhvil verilir.