Bakıda keçmiş məhkumdan 10 kq narkotik aşkarlanıb

22 Noyabr 2025 14:17 (UTC+04:00)

Bakıda keçmiş məhkumdan narkotik vasitə aşkarlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal rayonunda keçirilən əməliyyatla əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 1991-ci il təvəllüdlü Vasif İsmayılov saxlanılıb. Onun sərnişin qismində əyləşdiyi avtomobilə baxış zamanı 10 kiloqram 65 qram marixuana aşkarlanıb.

V.İsmayılov ifadəsində narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından aldığını və hissələrə ayırmaqla sataraq qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.