Ağdamın elektrik şəbəkəsi yenidən qurulur

22 Noyabr 2025 12:18 (UTC+04:00)

Ağdamın elektrik təsərrüfatı yenidən qurulur. Bu barədə SİA-ya “Azərişıq” ASC-dən bildirilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayonun bir sıra kənd və qəsəbələrində elektrik şəbəkəsi yenilənir, həmçinin şəhər ərazisində yeni güc mərkəzləri yaradılıb.

Rayonun Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə köç edən sakinlər üçün 0.4 kV-luq yeraltı xətlər, 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, üç kənddə ümumilikdə 30 müasir tipli Transformator Məntəqəsi (TM) quraşdırılıb. Yaşayış məntəqələri SMS tipli müasir sayğaclarla təchiz olunub.

Baş Qərvənd, Güllücə, Suma, Nəmirli kəndlərinə qədər 35 kV-luq kabel hava xəttinin çəkilişi yekunlaşıb, Paylayıcı Qurğular (PQ) quraşdırılıb. Növbəti günlərdə Eyvazxanbəyli istiqamətində işlərə start veriləcək.