ABŞ-də keçirilən "Formula 1" üzrə Las Veqas Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib.
SİA xəbər verir ki, "Maklaren" komandasının sürücüsü Lando Norris birinci olub.
"Red Bull"u təmsil edən niderlandlı Maks Ferstappen ikinci, "Uilyams"dan Karlos Sayns üçüncü yeri tutub.
Qeyd edək ki, Las Veqas Qran-prisində əsas yarış noyabrın 23-də olacaq.