Qəzəlxan şair Arif Buzovnalı (Əliyev Arif) vəfat edib. SİA-nın məlumatına görə bununla bağlı şairin yaxınları məlumat verib.
Qeyd edək ki, Arif Buzovnalı 6 sentyabr 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub.
O, Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub.
2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri idi.