...Təxminən yarım əsr əvvəl yeniyetməlik dövründə yoxa çıxan hindli kişi gözlənilmədən yeni baş zədəsi aldıqdan sonra yaddaşını bərpa edərək ailəsinə qovuşub.
SİA-nın məlumatına görə, bu barədə “Times of India” qəzeti yazıb.
Deməli, on altı yaşında olan yeniyetmə ağır travmatik beyin zədəsi alır və bu, onu tamamilə amneziyaya salıb.
Adını və mənşəyini xatırlaya bilməyən gən yeniyetmə yeni bir ad götürərək başqa bir ştata köçür.
Ailəsi onu tapmaq üçün uzun müddət çalışıb, lakin illər sonra axtarışı ümidsiz hesab edib və oğullarının öldüyünü düşünüblər.
Zaman keçdikcə həmin gənc yeni bir ailə qurur: evlənir və üç uşaq atası olur.
Həyat bir neçə ay əvvəl başına daha bir zərbə alana qədər həmişəki kimi davam edib.
Bu zədədən sonra keçmişinin fraqmentləri - kənd küçələri, manqo ağacları, təpələr və hətta "Sataun" adı ortaya çıxmağa başlayıb.
Tədricən tam bir mənzərə ortaya çıxıb və o, bir vaxtlar fərqli bir həyat yaşadığını anlayıb.
Xatırladığı kəndi tapdıqdan sonra kişi nəhayət qardaş və bacıları ilə qovuşub.
Ailə vaxt keçməsinə baxmayaraq, onu tanıya bilib.
Onların yeganə təəssüfü valideynlərinin oğullarının bu müddət ərzində sağ olduğunu biləcək qədər uzun yaşamamaları idi.
Yadınızda olar, bir müddət bundan əvvəl yaddaşını itirmiş italyalı qadın özünü aktrisa Culiya Roberts hesab etmişdi. Polis onu qatar stansiyasında yoldan keçənlərə sataşarkən tapıb və onu sakitləşdirmək üçün uğursuz cəhdlərdən sonra xəstəxanaya göndəriblər.
Nazlı Almuradova