...ABŞ prezidenti Donald Tramp tezliklə Rusiyaya qarşı “çox güclü” sanksiyalar tətbiq edəcəyini açıqladı.
Onun sözlərinə görə, bu sanksiyalar Rusiya neftinin satışını çətinləşdirmək üçün nəzərdə tutulub.
...Xeyr, yox... çox güclü sanksiyalar... Onlar çox tezliklə qüvvəyə minəcək və çox güclüdürlər, - deyə Tramp Fox News Radiosunda bildirib.
Tramp əlavə edib ki, Rusiya neft şirkətlərinə qarşı mövcud sanksiyaları ləğv etmək planları yoxdur.
SİA xatırladır ki, 22 oktyabrda ABŞ “Rosneft”, “LUKOIL” və onların törəmə şirkətlərinə qarşı bloklayıcı sanksiyalar tətbiq etdi.
...Və “LUKOIL” tezliklə xarici aktivləri üçün alıcı axtardığını açıqladı.
Əli Babayev