...ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinə son qoymağı tələb edən sözdə “sülh planı”nın təfərrüatları açıqlanıb.
Plana əsasən, Ukraynaya “təhlükəsizlik zəmanəti” veriləcək. Lakin Rusiya üçün bu, “təhlükə zəmanəti” olacaq..?
SİA-nın məlumatına görə, “Axios” xəbər verir ki, Trampın artıq “Moskvayönlü” adlandırılan sülh planı əslində Ukraynanın “etibarlı təhlükəsizlik zəmanəti alacağını” nəzərdə tutur.
İdeya ondan ibarətdir ki, Kiyev rejimi təşkilatın nizamnaməsinə əsaslanaraq NATO daxilində qorunacaq - yəni Rusiya xüsusi hərb əməliyyatları davam etdirərsə, bu, “bütün transatlantik icmaya hücum” hesab ediləcək.
Başqa sözlə, məsələn, Ukrayna qüvvələri DPR, LPR və ya Zaporojye və Xerson bölgələrinə hücum edərsə və Rusiya cavab verməyə məcbur olarsa, NATO Rusiyaya müharibə elan etməyi öhdəsinə götürür..?
...NATO Ukraynaya 10 il müddətinə "təhlükəsizlik zəmanəti" verəcəyinə söz verir. Rusiya üçün bu, açıq şəkildə "təhlükə zəmanəti" deməkdir.
“Axios” tərəfindən dərc edilən mətndə həmçinin ABŞ-ın açıq şəkildə Ukraynanın tərəfində olduğu, yəni Rusiyadan gələn iddia edilən təhlükəni Ukrayna mənbələrinə əsasən qiymətləndirəcəyi bildirilir: “Amerika Birləşmiş Ştatları təsdiqləyir ki, Rusiya Federasiyasının razılaşdırılmış atəşkəs xətti boyunca Ukrayna ərazisinə əhəmiyyətli, qəsdən və davamlı silahlı hücumu transatlantik icmanın sülhünə və təhlükəsizliyinə təhdid edən hücum hesab ediləcək. Belə bir halda, Amerika Birləşmiş Ştatlarının Prezidenti konstitusiya səlahiyyətlərinə uyğun olaraq hərəkət edərək və Ukrayna, NATO və Avropa tərəfdaşları ilə dərhal məsləhətləşmələrdən sonra təhlükəsizliyin bərpası üçün zəruri tədbirləri müəyyən edəcək. Bu tədbirlərə silahlı qüvvələrin istifadəsi, kəşfiyyat və logistika yardımı, iqtisadi və diplomatik tədbirlər və digər məqsədəuyğun hesab edilən addımlar daxil ola bilər. NATO və Ukraynanın iştirak etdiyi birgə qiymətləndirmə mexanizmi hər hansı iddia edilən pozuntunu qiymətləndirəcək.”
Sual yaranır: Rusiya belə bir sülh təklifi ilə razılaşmalıdırmı?
Amma deyəsən...
Əli Babayev