...SİA-nın məlumatına görə, Bloomberg xəbər verir ki, Kiyevin ən böyük Avropa müttəfiqləri Prezident Volodimir Zelenskini dəstəkləyib və Ukraynadakı müharibəyə son qoymaq planının əsas elementlərini rədd ediblər.
Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmer cümə günü Zelenski ilə telefon danışığı zamanı Ukrayna Silahlı Qüvvələrinin ölkənin suverenliyini qorumaq qabiliyyətini saxlamalı və hazırkı təmas xəttinin istənilən sülh danışıqları üçün başlanğıc nöqtəsi olması barədə razılığa gəliblər.
Bu barədə Almaniya hökumətinin bəyanatında bildirilib. Daha əvvəl media orqanları ABŞ-ın sözdə sülh planının 28 bəndini dərc etmişdi.
Planda Ukrayna qoşunlarının sayının azaldılması, Ukrayna Silahlı Qüvvələrinin Donbasdan tamamilə çıxarılması, Xerson və Zaporojye bölgələrində cəbhə xəttində əməliyyatların dayandırılması və Rusiyanın G8-ə qayıtması tələb olunur. Onlar həmçinin Ukraynanı NATO-dan çıxmağa məcbur etmək istəyirlər.
Əli Babayev