...Dünyaca məşhur “Condé Nast Traveler” jurnalı oxucular arasında sorğu keçirərək ən ləzzətli yeməklərə malik ölkələrin reytinqini tərtib edib.
SİA-nın məlumatına görə, Tayland birinci yeri tutub. Turistlər bu ölkəyə mümkün 100 baldan 98.33 bal veriblər. Səyahətçilər təkcə onun zəngin kulinariya irsini deyil, həm də müxtəlif və ləzzətli Tayland yeməklərinin həmişə xüsusi istilik və ənənəvi qonaqpərvərliklə təqdim olunduğunu qeyd ediblər.
Bu, yüksək səviyyəli restoranlar, açıq hava kafeləri və ya küçə yeməkləri barədə danışmağın fərqi yoxdur.
Yeri gəlmişkən, Taylandda Mişelin Guide tərəfindən tövsiyə edilən bir çox restoran var, o cümlədən Pxukete, Ayuttxaya və Banqkokdakı ulduzlu müəssisələr.
CNN-in məlumatına görə, Banqkokdakı yeddi restoran dünyanın ən yaxşı 35 restoranı arasındadır.
Türkiyə və Şri-Lanka da ən ləzzətli ölkələr arasındadır. “Condé Nast Traveler” 2025-in tam siyahısı aşağıdakı kimidir:
1. Tayland
2. İtaliya
3. Yaponiya
4. Vyetnam
5. İspaniya
6. Yeni Zelandiya
7. Şri-Lanka
8. Yunanıstan
9. Cənubi Afrika
10. Peru
11. Maldiv adaları
12. Kolumbiya
13. Mərakeş
14. Fransa
15. Türkiyə
Nazlı Almuradova