...Alimlər sarımsaq ekstraktının yaşlıların sağlamlığına necə təsir etdiyini aşkar ediblər.
Məhsulun müntəzəm istehlakının narahatlığı azaltdığı və yaddaşı yaxşılaşdırdığı göstərilib.
Yetişmiş sarımsaq ekstraktı yaşlılarda koqnitiv pozğunluq və yaddaş itkisi riskini azaldır.
SİA-nın məlumatına görə, Missuri Universiteti Tibb Məktəbinin alimləri bu nəticəyə gəliblər.
Məlum olub ki, sarımsaqda olan maddələr iltihabı və apoptozu yatırır.
Onlar həmçinin hüceyrələr üçün dağıdıcı olan reaktiv oksigen növlərinin səviyyəsini azaldır.
Bu, siçanların iştirak etdiyi bir təcrübədə nümayiş etdirilib. Ekstraktla zənginləşdirilmiş qida ilə bəslənən gəmiricilər daha yaxşı öyrənib və yeni məlumatları yadda saxlayıblar.
Siçanlar yeni təcrübələrə böyük maraq göstəriblər və narahatlıq səviyyələri azalıb.
Test siçanlarının beyin toxumasını təhlil etdikdən sonra alimlər ekstraktın onlara zülal səviyyəsində, xüsusən də tau zülalına və amiloid prekursor zülalına təsir etdiyini müşahidə ediblər.
Bu, sarımsaq ekstraktının yeni sinapsların əmələ gəlməsini təşviq etdiyini və neyron ölümünün qarşısını aldığını sübut edir.
Nazlı Almuradova