AQTA sədri Zərdabda vətəndaşların müraciətlərini dinləyib

21 Noyabr 2025 16:20 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli noyabrın 21-i Zərdabda Mingəçevir, Yevlax, Zərdab, Ucar, Ağdaş, Göyçay və Kürdəmirdən olan vətəndaşların müraciətlərini dinləyib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.