Noyabrın 20-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb. Bu barədə SİA-ya QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə A.Paşazadə TDT-nin şərəfli tarixi missiya yerinə yetirdiyini, bu quruma daxil olan ölkələrin dövlət başçılarının mühüm işlər gördüyünü bildirib.
Baş katib Kubanıçbek Ömüralıyev TDT Müsəlman Dini Liderlərinin Məşvərət Şurasının təsis olunması ilə bağlı Şuşa şəhərində imzalanan Bəyannaməni tarixi sənəd adlandırıb. Məşvərət Şurasının yaradılmasında və fəaliyyətində göstərdiyi xidmətlərə görə QMİ sədrinə minnətdarlıq edib.
Söhbət zamanı TDT Müsəlman Dini Liderlərinin Məşvərət Şurasının gələcək planları, keçiriləcək toplantılar barədə müzakirə aparılıb.