Sabah hava əsasən yağmursuz keçəcək

21 Noyabr 2025 12:36 (UTC+04:00)

Azərbaycanda noyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunu, nisbi rütubət gecə 80-85, gündüz 70-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 17-21, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacağı bildirilir.