Bu gün futbol üzrə Misli Premyer Liqasında XII tura start veriləcək. SİA xəbər verir ki, ilk olaraq meydana "Karvan-Yevlax" və "Kəpəz" komandaları çıxacaqlar. Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da başlayacaq.
Ev sahibləri 5 xalla 11-ci, qonaqlar isə 3 xalla sonuncu - 12-ci sırada qərarlaşıb.
Günün ikinci oyununda isə "Sumqayıt" doğma meydanda "Qarabağ"ı qəbul edəcək. Matça saat 19:00-da start veriləcək. Ağdam təmsilçisi 23 xalla turnir cədvəlinə liderlik edir, “kimyaçılar” 20 xalla 4-cü pillədə yer alıblar.
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.