Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı "GFC" MMC-nin İordaniyadan idxal etdiyi 1200 kiloqram “Nabil Jalapeno Çeddar Pendirli Kürəciklər” əmtəə nişanlı pendir məhsulu partiyasında mikrobioloji çirklənmə (Listeria monocytogenes) müəyyən edilib. Bu barədə SİA-ya agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Faktla bağlı qəbul olunmuş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.