"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,98% azalaraq 1 barelə görə 62,76 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,12% azalaraq 58,34 ABŞ dollarına bərabər olub.