Çin və Hindistan ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına qoşuldu

21 Noyabr 2025 09:43 (UTC+04:00)

Çin və Hindistandakı banklar və neft emalı zavodları ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına əməl etməyə başlayıb. Şirkətlər sanksiyaların vacibliyini qəbul edir, riskləri qiymətləndirir, Qərb ölkələri ilə əlaqələrin vacibliyini qəbul edir və buna əməl etməyə başlayır. SİA xəbər verir ki, Çin və Hindistandakı banklar və neft emalı zavodları ABŞ-ın Rusiya neft nəhənglərinə qarşı sanksiyalarına əməl etməyə başlayıb. Reuters cümə axşamı, noyabrın 20-də xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin sözçüsü bildirib.

Ötən ay Donald Tramp administrasiyası Rusiyanın Ukraynadakı müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi gəlirləri cilovlamaq səyləri çərçivəsində “Lukoyl” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edib. Çin və Hindistan Rusiya neftinin əsas idxalçıları olaraq qalır. ABŞ Maliyyə Nazirliyi rəsmisinin sözlərinə görə, çoxsaylı Çin və Hindistan şirkətləri artıq sanksiyalara əməl etməyin vacibliyini dərk ediblər. Onlar “risklərə qarşı ehtiyatlı davranırlar, Qərblə münasibətlərinin vacibliyini dərk edirlər və uyğunluğa doğru irəliləyirlər”.

Xatırladaq ki, ABŞ-ın Rusiyanın aparıcı neft şirkətlərinə qarşı sanksiyaları bu cümə günü qüvvəyə minir. Bununla belə, treyderlər hesab edirlər ki, bu tədbirlər çətin ki, əhəmiyyətli təsir göstərsin. Bundan əvvəl bildirilmişdi ki, oktyabrın 23-də ABŞ Rusiyanın ən böyük neft şirkətləri olan “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib. O vaxtdan bəri Rusiya neft sənayesi ciddi problemlərlə üzləşib.