Naxçıvanda hərrac yolu ilə 5 torpaq sahəsi mülkiyyətə verilib

20 Noyabr 2025 18:50 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 5 bələdiyyəsinə məxsus torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı hərrac keçirilib.

SİA-nın məlumatına görə, Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, hərrac prosesində qeydiyyatdan keçən 10 sifarişçi iştirak edib. Nəticədə hərraca çıxarılan 5 torpaq sahəsi mülkiyyətə verilib. 5 sahibkar hərracın qalibi olub.

Qeyd edək ki, 25 noyabr və 16 dekabr 2025-ci il tarixlərdə nəqliyyat vasitələrinin, 9 dekabr 2025-ci il tarixdə torpaq sahələrinin, 17 dekabr 2025-ci il tarixdə isə qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hərraclar keçiriləcək. Hərraclarla bağlı ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/) və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.