Macarıstan Ukraynaya tələb irəli sürdü

20 Noyabr 2025 18:55 (UTC+04:00)

...Macarıstan davam edən qalmaqal fonunda Ukraynadan Avropa fondlarının korrupsiya şəbəkəsi tərəfindən sui-istifadəsi ilə bağlı hesabat təqdim etməsini tələb edir.

SİA xəbər verir ki, RİA Novosti agentliyinin məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Xarici işlər naziri vurğulayıb ki, "Biz Ukraynadan Avropa fondlarından necə istifadə etdiyini göstərməsini tələb edirik. Və Ukraynadan Avropa vergi ödəyicilərinin pullarının nə qədərinin korrupsiya şəbəkəsinin qurbanı olduğunu bildirməsini tələb edirik".

Siyartoya görə, Macarıstan Ukrayna "hərbi mafiyası"nın avropalılardan nə qədər pul oğurladığını, eləcə də Aİ subsidiyalarının hansı hissəsinin korrupsiyalaşmış hakimiyyət orqanları tərəfindən mənimsənildiyini anlamaq istəyir.

Bir müddət əvvəl Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, Almaniya korrupsiya qalmaqalına baxmayaraq Ukraynaya maliyyə dəstəyi göstərməyə davam edəcək.

Əli Babayev