...Ukrayna uzaqmənzilli raketlər alacaq.
SİA-nın məlumatına görə, bunu Almaniya kansleri Fridrix Merz bu açıqlamanı İsveçin Baş naziri Ulf Kristerssonla Berlində keçirdiyi mətbuat konfransında verib.
...Bir neçə aydır ki, texniki olaraq adlandırdığımız kimi, uzunmənzilli raketlər üçün layihələrin həyata keçirilməsi üçün Ukrayna hökuməti ilə intensiv işləyirik. Ukrayna ordusu bu cür silah sistemləri ilə təchiz olunacaq, - Anadolu Ajansi xəbər verir.
O, raketlərin sayı və ya çatdırılma vaxtı ilə bağlı təfərrüatlar verməyib. Kansler həmçinin Almaniyanın Ukraynaya "Taurus" uzunmənzilli kruiz raketlərini tədarük etməkdə əvvəlki tərəddüdü ilə bağlı suala cavab verməkdən imtina edib. O, bu yanaşmanı Rusiyaya təzyiqi artırmaq taktikası kimi təsvir edib.
...Biz artıq detalları açıq şəkildə müzakirə etməyəcəyimiz barədə razılığa gəldik, çünki hesab edirik ki, bu sahədə hərbi dəstəyimizin əhatə dairəsi ilə bağlı müəyyən bir qeyri-müəyyənlik lazımdır, xüsusən də Rusiya tərəfi üçün. Yalnız onu deyə bilərəm ki, Ukrayna ordusunu müvafiq mənzilli silah sistemləri ilə təchiz etmək üçün əlimizdən gələni edirik.
Və bu, lazım gələrsə, qarşıdakı həftələrdə və aylarda belə silah sistemlərinin Ukraynanın özündə istehsalına qədər davam edəcək.
Merz deyib bunları.
Əli Babayev