Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru və mama-ginekoloq Təranə Bayramova 20 noyabr 2025-ci il tarixində saat 15:00-da “Miomalar: müasir müayinə və müalicə üsulları” mövzusunda canlı yayım çıxışı edib.
Canlı yayım zamanı Təranə Bayramova həkimlər və geniş ictimaiyyət üçün miomaların əhəmiyyəti, onların müayinə üsulları və müasirmüalicə strategiyaları haqqında geniş məlumat verib.