Radcliffe Harri Potter rolunu oynayacaq aktyora məktub yazıb...

20 Noyabr 2025 23:45 (UTC+04:00)

...Orijinal film franşizasında Harri Potter rolunu oynayan Daniel Radcliffe, qarşıdan gələn HBO serialında sehrbazı canlandıracaq gənc aktyor Dominic McLaughlin-ə məktub göndərdiyini açıqladı.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Far Out Magazine xəbər verir.

Harri Potter televiziya adaptasiyasının istehsalı artıq davam edir və premyerası 2027-ci ildə gözlənilir.

Radcliffe qeyd edib ki, “Harri rolunu oynayan hər kəs mənimlə əlaqə saxlamağa borclu deyil, amma layihə üzərində işləyən bir neçə nəfər tanıyıram”.

O, əlavə edib ki, “Dominic-ə məktub yazdım və o, mənə çox təsirli bir cavab göndərdi.”

Radcliffe sadəcə gənc aktyora uğurlar arzulamaq istədiyini paylaşıb: “Bu uşaqların həyatında bir xəyal olmaq istəmirəm, amma ümid edirəm ki, onlar gözəl vaxt keçirəcəklər - hətta bizdən daha yaxşı.”

Aktyor deyir ki, yeni nəsil ifaçıların şəkillərini görmək onda isti bir hiss yaradır: “Sadəcə onları qucaqlamaq istəyirəm. Bu, inanılmaz dərəcədə şirindir və ümid edirəm ki, onlar bu prosesdən zövq alırlar.”

Nazlı Almuradova