Bu ölkədə alkoqol və tütün satışına məhdudiyyət qoyulur

20 Noyabr 2025 16:14 (UTC+04:00)

Yunanıstan hökuməti uşaqlara və yeniyetmələrə tütün və alkoqol satışını daha effektiv şəkildə məhdudlaşdırmaq üçün üç yeni rəqəmsal vasitəni təqdim edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu addım, uşaqlar və gənclər arasında siqaret və alkoqol istifadəsini azaltmağı hədəfləyir.

İyul ayında qəbul edilən qanunla mağazalara alıcının yaşını yoxlamaq öhdəliyi qoyulub və qaydaya əməl etməyənlər üçün ciddi cəzalar nəzərdə tutulub. Uşaq və yeniyetmələrə alkoqol və tütün satan və ya təqdim edən müəssisələr 500–10 000 avro arasında cərimələnə bilər, ilk pozuntuda fəaliyyətləri müvəqqəti dayandırıla, təkrarında isə daimi lisenziyaları ləğv edilə bilər.

Yunanıstan Baş naziri Kiriyakos Miçotakis bildirib ki, “Əlimizdə olan bütün vasitələrdən istifadə edərək qanunun tətbiqinə və polis nəzarətinə imkan yaratmaq vaxtıdır”.