“Yeni qəbul edilmiş dövlət standartına əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında artıq defis ( “-“ ) işarəsi istifadə olunmayacaq”. Bu sözləri SİA-ya açıqlamasında Baş DYP İdarəsinin baş inspektoru Elvin Hacıyev deyib.
E.Hacıyev qeyd edib ki, bundan sonra hazırlanacaq nömrə nişanlarında rəqəmlərlə hərflər arasında defis olmayacaq:
Bu dəyişiklik yalnız yeni hazırlanan nömrələrə aiddir. Hazırda vətəndaşların istifadə etdiyi, üzərində defis olan bütün dövlət qeydiyyat nişanları qüvvədə qalır və tam etibarlıdır. Onların dəyişdirilməsinə, yenisi ilə əvəz olunmasına ehtiyac yoxdur. Vətəndaşlardan heç bir əlavə müraciət və ya nömrə dəyişdirmə tələbi olmayacaq.
Yeni standart yalnız gələcəkdə buraxılacaq nömrə nişanlarının dizaynına şamil edilir və hazırda dövriyyədə olan nömrələrin hüquqi statusuna heç bir təsir göstərmir”.