Sumqayıtda mağazadan oğurluq edən şəxs saxlanılıb

20 Noyabr 2025 15:34 (UTC+04:00)

Sumqayıt şəhərindəki mağazaların birində oğurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bir nəfər mağazada heç kimin olmamasından istifadə edərək oradan mobil telefon oğurlayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı A.Əliyev müəyyən edilərək saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.