Xarici brendlərin Rusiya bazarından getməsi yerli şirkətlər üçün böyümə və inkişaf fürsəti oldu.
SİA xəbər verir ki, bu barədə sənaye və ticarət nazirinin müavini Yekaterina Priezjeva IV Beynəlxalq "Moda Birliyi" Forumunda keçirilən "Müasir Moda" dəyirmi masa müzakirəsində bildirib.
TASS xəbər verir ki, onun sözlərinə görə, xarici şirkətlərin getməsi yerli moda sənayesinin inkişafı üçün imkanlar açıb. Priezjeva vurğulayıb ki, Rusiya brendlərinin sürətli inkişafı boş bazar sayəsində mümkün olub.
Priezjeva xarici brendlərin getməsinin Rusiya sənayesi üçün çətinlik yarada biləcəyini, lakin əslində bu prosesin yerli istehsalçılar üçün təkan verdiyini və böyümə fürsətinə çevrildiyini qiymətləndirib.
O qeyd edib ki, Rusiya brendləri xüsusilə "təvazökar moda" adlanan seqmentdə aktivdirlər. Priezjeva ölkənin müxtəlif bölgələrinin mədəni ənənələrinin moda trendlərinin formalaşmasına təsir etdiyini vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın çoxmillətli strukturu unikal üslub ekosistemini yaradır və xarici təcrübələri təkrarlamadan milli təvazökar moda seqmentinin inkişafına imkan verir. "Vzglyad" qəzetinin məlumatına görə, Rospatent Zara brendinin sahibi Inditex-in ticarət nişanını qeydiyyata alıb. Rospatent həmçinin Rusiyada Victoria's Secret ticarət nişanını qeydiyyata alıb. L'Oreal Rospatent-ə rekord sayda müraciət edib.
Nazlı Almuradova