Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib. SİA-nın məlumatına görə, U-15 Bolqarıstan ilə üz-üzə gəlib.
Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-15 turnirdəki ilk matçında monteneqrolu həmyaşıdlarına 0:1 hesabı ilə uduzmuşdu. Komanda növbəti görüşünü noyabrın 23-də meydan sahiblərinə qarşı keçirəcək.