Azərbaycan–ABŞ iqtisadi əməkdaşlığının mövcud vəziyyəti müzakirə olunub

20 Noyabr 2025 14:59 (UTC+04:00)

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən SİA-ya bildirilib ki, görüşdə Azərbaycan–ABŞ iqtisadi əməkdaşlığının mövcud vəziyyəti, prioritet tərəfdaşlıq istiqamətləri müzakirə olunub. Nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığın regional inkişafa töfhə verəcəyi vurğulanıb.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və qeyri-neft sektorlarında tərəfdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.