Şamaxıda yük maşını aşıb

20 Noyabr 2025 13:11 (UTC+04:00)

Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan yük maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində 38 yaşlı Eldar Kərimov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.