“Bank faizlərinin yüksək olmasının səbəbi Mərkəzi Bank-ın uçot dərəcəsinin yüksək olmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, uçot dərəcələri yüksək olduqda, təbii olaraq kredit faizləri də yüksək olur: “Ölkəmizdə depozit faizləri də yüksəkdir. İnsanlar öz vəsaitlərini evdə saxlamasınlar deyə, Mərkəzi Bank-ın siyasəti nəticəsində depozit faizləri 10%-dək yüksəldi. Yəni 10%-lə depozit götürən bank təbii ki, 10%-dən yuxarı həcmdə kredit verməlidir.
Xarici bankların ölkəmizdə fəaliyyət göstərməməsinə gəldikdə isə Azərbaycan beynəlxalq öhdəliklərlə bağlı bəzi aktlara üzv olmayıb. Ümumdünya Ticarət Təşkilatı və digər beynəlxalq təşkilatlara Azərbaycan üzv olmayıb. Həmçinin ölkəmizdə bank sahəsi ilə bağlı oyun qaydaları çox sərtdir. Azərbaycan xarici bankların ölkəmizdə fəaliyyət göstərməsinə həmişə ehtiyatla yanaşıb”.
İlkin Məmmədkərimov