Türkiyədə aylıq gəliri müəyyən həddən aşağı olan ailələrə maddi dəstək verilməsini nəzərdə tutan Gəlir Tamamlayıcı Ailə Dəstək Sisteminə keçid üçün işlərə start verilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə hazırlanan və “vətəndaşlıq maaşı” kimi adlandırılan proqramın 2026-cı ildə tətbiqinə başlanılması gözlənilir.
Yeni mexanizmə əsasən, aylıq qazancı müəyyən gəlir həddindən aşağı olan ailələrə dövlət tərəfindən müntəzəm ödəniş ediləcək. Vətəndaşlıq maaşının məbləği və gəlir həddinin detalları üzərində hazırlıq işləri davam edir.
Proqramın məqsədi dar gəlirli ailələrin sosial rifahını artırmaq və gəlir bərabərsizliyinin qarşısını almaqdır.