“Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır” - Sadiq Qurbanov

20 Noyabr 2025 11:23 (UTC+04:00)

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu güclənib və yaşıl enerjiyə keçid daha da gücləndirəcək. SİA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Qurbanov bildirib ki, Azərbaycan yaşıl enerjiyə keçid istiqamətində böyük işlər görür və 2030-cu ilə qədər bərpa olunan enerjinin rolunun 14 faizdən 30 faizə yüksəldilməsi qarşıya məqsəd kimi qoyulub.