Tramp Putinlə bağlı yeni bir açıqlama verdi...

20 Noyabr 2025 01:07 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp bir daha Rusiya lideri Vladimir Putindən məyus olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ Prezidenti bu açıqlamanı Səudiyyə Ərəbistanı-ABŞ İnvestisiya Forumunda verib.

Tramp bir daha iddia edib ki, səkkiz qızğın müharibəyə "son qoyub", onlardan biri - Rusiyanın Ukraynaya qarşı müharibəsi qalıb.

…Düşündüm ki, həll etmək asan olacaq, çünki prezident Putinlə yaxşı münasibətlərim var, amma indi prezident Putindən bir az məyus oldum. O, bunu bilir. Düşünürdüm ki, asan olacaq, - deyə Tramp əlavə edib.

Əli Babayev