Kahramanmaraşda Azərbaycanın investisiya imkanları təqdim olunub

19 Noyabr 2025 22:19 (UTC+04:00)

Türkiyənin Kahramanmaraş vilayətinin Ticarət və Sənaye Palatasının binasında Azərbaycanın iqtisadi imkanlarına həsr edilmiş təqdimat keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatının mövcud durumu, həmçinin hökumət tərəfindən investorlar üçün yaradılan geniş imkanlar barədə ətraflı məlumat verilib.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərində sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, eləcə də biznes üçün tətbiq olunan güzəştlər xüsusi vurğulanıb.

Azərbaycanın Ticarət Nümayəndəliyinin nümayəndələri qardaş ölkədəki investorları maraqlandıran sualları cavablandırıblar.