Əlilliyi olan uşaqlar üçün tədbir təşkil edilib

19 Noyabr 2025 19:51 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində “Uşaq Hüquqları Aylığı”na həsr edilən tədbir keçirilib.

SİA xəbər verir ki, Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirin məqsədi uşaqlara hüquq və vəzifələrini əyləncəli və interaktiv şəkildə öyrətmək, mövzunun onların yaş xüsusiyyətlərinə uyğun şəkildə izahını təmin etmək olub.

Uşaqların hüquqlarına dair ilkin biliklərin formalaşdırılması və mövzunun daha yaddaqalan şəkildə çatdırılması üçün “Doğru və ya yanlış” adlı interaktiv oyun təşkil edilib.

Oyun zamanı iştirakçılar gündəlik həyatda rast gəlinən situasiyalar əsasında hazırlanmış suallara cavab verib, müxtəlif tapşırıqlar yerinə yetiriblər.