Cənubi Koreyada göyərtəsində 267 sərnişin olan bərə saya oturub

19 Noyabr 2025 18:53 (UTC+04:00)

Cənubi Koreyanın qərb sahil sularında üzən və göyərtəsində 267 sərnişin olan bərə saya oturub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Cecu adasından Mokpo şəhərinə gedən “Queen Jenuvia” bərəsi yerli vaxtla saat 20:17-də (Bakı vaxtı ilə 15:17-də) Canqsan adasında saya oturub. Hadisə zamanı bərədə 246 sərnişin və 21 heyət üzvü olub.

Cənubi Koreya sahil mühafizə xidməti sərnişinləri və heyət üzvlərini təxliyə edib. Hadisə nəticəsində 5 sərnişin yüngül xəsarət alıb. Bərənin burnunda deşik açılsa da, su dolmayıb.