Soçi Hava Limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib...

19 Noyabr 2025 18:55 (UTC+04:00)

Soçi Hava Limanı təyyarələrin gəlişi və yola düşməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

SİA-nın məlumatına görə, Rusiya Federasiyası Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) nümayəndəsi Artem Korenyako bu barədə öz Telegram kanalında bildirib.

Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.

Bəyanatda məhdudiyyətlərin təfərrüatları və ya müddəti göstərilməyib.

19 noyabr gecəsi Krasnodar (Paşkovski) və Gelendjik hava limanlarında məhdudiyyətlər tətbiq edilib. Bu hava limanları daha sonra tam fəaliyyətə başlayıb.

"Xalça" planı bütün təyyarələr üçün qapalı səma rejimi və bütün təyyarələrin və ya vertolyotların təyin olunmuş ərazidən dərhal enişi və ya çıxarılması əmridir.

Belə bir plan müxtəlif səbəblərdən aktivləşdirilə bilər: məsələn, uçuşlar üçün təhlükə yaradan hava şəraitinin qəfil dəyişməsi, başqa bir dövlətin təyyarəsi tərəfindən hava məkanının pozulması və ya PUA hücumları halında.

Əli Babayev