Fransa Superkuboku uğrunda oyun Küveytdə keçiriləcək

19 Noyabr 2025 17:51 (UTC+04:00)

Fransa Superkuboku uğrunda oyun Küveytdə keçiriləcək.

SİA xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqası (LFP) qərar qəbul edib.

PSJ və “Marsel” komandaları arasında qarşılaşma 2026-cı il yanvarın 8-də təşkil olunacaq.

Qeyd edək ki, Superkubok oyunu ənənəvi olaraq Liqa 1 və Fransa Kubokunun qalibi arasında keçirilir. PSJ ötən mövsüm hər iki yarışda qalib gəldiyindən rəqibi ölkə çempionatında ikinci yeri tutan “Marsel” olacaq.