”Hazırda əsas hədəf inflyasiya ilə mübarizədir” -İQTİSADÇI AÇIQLADI

19 Noyabr 2025 16:52 (UTC+04:00)

“Görünən odur ki, növbəti dövrlərdə Maliyyə Nazirliyi xərc istiqamətlərini daha ehtiyatlı planlaması, eyni zamanda orta uzun müddətli dövrdə nəzarət oluna bilən səviyyədə saxlanması siyasətini ortaya qoyacaqdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, burda digər faktor hökümətin özünün də orta müddətli xərclər sənədində proqnozlaşdırdığı kimi xərclərin növbəti dövrdə əhəmiyyətli dərəcədə azaldığını görə bilərik: “Belə bir şəraitdə hökümət dövlət büdcəsinin və eyni zamanda icmal büdcənin xərclərinin optimallığını qorumağa çalışır. O səviyyədəki, azalan resurs gəlirləri fonunda idarə oluna bilən olsun. Hökümət büdcənin sosial xərclərinin müəyyən həddin üzərində artmasını indiki şərtlər daxilində məqbul hesab etmir. Çünki gələcəkdə 2015-ci ildə olduğu kimi hər hansı ciddi gəlir fulktasiyaları ortaya çıxan zaman böyük sosial xərclər planlandığı halda prosesin idarə edilməsi daha çətin olur. Burda üçüncü faktor inflyasiya amilidir deyə düşünürəm. Müvafiq istiqamətdə hökümət inflyasiyanı nəzarətdə saxlamaq istəyir. 2026-cı il üçün inflyasiya 6% proqnozlaşdırılır. Ərzaq inflyasiyası artıq 8%-in üzərindədir. Belə şəraitdə hökümət sosial paketin inflyasiyanı artıracağından qorxur. Buna görə 2026-cı ildə minimum əmək haqqı və maaşlar artırılmadı. Dediyim kimi hökümət bu addımı riskli hesab edir. Hazırda dövlətin əsas hədəfi inflyasiya ilə mübarizədir”.

Müəllif: İlkin Məmmədkərimov