Çoxuşaqlı ata...coxuşaqlı-filan deyilmiş, arvad onu aldadırmış...

20 Noyabr 2025 00:16 (UTC+04:00)

...Gərək ki, türklərdə belə bir deyim var: deyirlər ki, xəyanət düşməndən daha zalimdir...

Amma indi türklərdən danışmayacağıq...

...Deməli, Belarusun Brest bölgəsindən olan çoxuşaqlı bir ata keçmiş həyat yoldaşı ilə mübahisə edib və qadın qəzəblə ona dörd uşağının atasının başqasının olduğunu deyib.

Təbii ki, şoka düşən kişi atalığa etiraz edərək məhkəməyə müraciət edib.

SİA-nın məlumatına görə, məhkəmə genetik müayinə təyin edib.

Brest bölgəsi üzrə Dövlət Məhkəmə Ekspertizası Departamentinin mütəxəssisləri kişidən və hər dörd uşaqdan götürülmüş bioloji nümunələri təhlil ediblər.

Ekspertlərin nəticəsi birmənalı olub: onunla uşaqlar arasında heç bir bioloji əlaqə olmayıb.

...Və müayinə nəticələrinə əsasən, məhkəmə onun atalığını doğum qeydlərindən çıxarıb.

Əli Babayev