"Yeni Azərbaycan Partiyası Azərbaycanın yeni tarixinin formalaşmasında və yaranmasında aparıcı rolu olan siyasi təşkilatlardan biridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, 1992-ci ildə bir qrup Azərbaycan ziyalısı bir araya gələrək Ulu Öndər Heydər Əliyevə müraciət etdi və Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində mühüm addımlar atıldı: "Ulu Öndər Heydər Əliyevin iştirakı ilə təməli qoyulan bu partiya qısa müddətdə ətrafında yüz minlərlə insanı birləşdirdi və Azərbaycan xalqını yeni qələbələrə apardı.
Heydər Əliyev hakimiyyətə gəldi, Yeni Azərbaycan qurulmağa başladı, iqtisadiyyat dirçəldi, neft müqavilələri imzalandı, ölkədə ordu quruculuğu sürətlə həyata keçirildi və eyni zamanda atəşkəs əldə olundu. Bu proseslər bu günkü uğurlarımızın təməlini təşkil etdi.
Sonrakı dövrdə Ulu Öndər Heydər Əliyevdən sonra bu siyasət möhtərəm Prezidentimizin rəhbərliyi ilə davam etdirildi və bu gün həmin siyasət nəticəsində Azərbaycan xalqı qalib bir xalqa çevrildi. 2020-ci ildə torpaqlarımız azad olundu, 2023-cü ildə isə ölkəmiz tam suverenliyini bərpa etdi. Bu gün Azərbaycan Prezidentin rəhbərliyi ilə daha da inkişaf edir, beynəlxalq əlaqələrimizi möhkəmləndirir və daha da gücləndirilir.
Bütün bu uğurlar Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Bu 30 illik tarix böyük bir dövr, böyük bir mərhələdir".