Beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə beynəlxalq turnirə təyinat alıb. SİA xəbər verir ki, Z. Hacıyev 18 yaşadək oğlanlar arasında keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında hakimlik edəcək. Yarış 20–23 noyabr tarixlərində Latviyanın Daugavpils şəhərində baş tutacaq. Turnirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Estoniya, Latviya və Polşanın milli komandaları mübarizə aparacaq