Taekvondo üzrə uğurla təmsil edən milli komandamızın üzvləri Vətənə dönüb - FOTOLAR

19 Noyabr 2025 12:14 (UTC+04:00)

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi taekvondo üzrə uğurla təmsil edən milli komandamızın üzvləri Vətənə dönüb. SİA-nın verdiyi məlumata görə, idmançılarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri, ailə üzvləri və media nümayəndələri qarşılayıb.
Xatırladaq ki, VI İslam Həmrəyliyi Oyunlarında taekvondoçularımız Minayə Əkbərova (46 kq) gümüş, Qaşim Maqomedov (60 kq) isə bürünc medala layiq görülüb.