Azərbaycan İdman Akademiyasının magistrantları Koventri Universitetində - FOTOLAR

19 Noyabr 2025 11:59 (UTC+04:00)

Azərbaycan İdman Akademiyasının (ASA) Koventri Universiteti ilə birgə həyata keçirdiyi “İdman menecmenti” (ingilis dili) magistr ixtisaslaşması üzrə ikili diplom proqramının 2024/2025-ci tədris ili məzunları Böyük Britaniyanın Koventri Universitetində keçirilən rəsmi məzuniyyət mərasimində diplomlarını təntənəli şəkildə alıblar. ASA-dan SİA-ya verilən məlumata görə, mərasimdə akademiyanın rektoru Fuad Hacıyev və Tədris işləri üzrə prorektor Ülkər Babayeva fəxri qonaq qismində iştirak edərək məzunları təbrik edib və proqramın iki ölkə arasında təhsil əlaqələrinin inkişafında əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, builki məzunlarla birlikdə ASA-nın “İdman menecmenti” (ingilis dili) magistr ixtisaslaşması üzrə Koventri Universiteti ilə həyata keçirilən ikili diplom proqramının ümumi məzun sayı 10-a çatıb.