Azərbaycan Respublikasının Milli Məclisi növbəti plenar iclasını işə başlayıb. SİA xəbər verir ki, iclas spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilir. 19, 20 və 21 noyabr tarixlərini əhatə edən iclasların gündəliyinə ümumilikdə birinci oxunuşda müzakirəyə təqdim olunan büdcə zərfi və bir sıra qanun layihələri daxil edilib.
Gündəliyə aşağıdakı məsələlər daxildir:
1. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).
2. “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).
4. “2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (birinci oxunuş).
5. “2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş).
6. Vergi Məcəlləsinə və bir sıra sosial, tibbi, sığorta və gömrük sahələrinə aid qanunlara dəyişikliklərə dair qanun layihəsi (birinci oxunuş).
7. Milli Məclisin 2026-cı il üçün xərclər smetası haqqında qərar layihəsi.
8. Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası haqqında qərar layihəsi.
İclasda millət vəkilləri, hökumət nümayəndələri, aidiyyəti qurumların təmsilçiləri və media iştirak edirlər.