Masazırın bəzi ərazilərində işıq olmayacaq

19 Noyabr 2025 10:01 (UTC+04:00)

Bu gün elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 10 kV-luq hava xətdində təmir işləri aparılacaq. Bu barədə SİA-ya "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Masazır qəsəbəsi Sabir Rüstəmxanlı, Alı Mustafayev, Əliağa Vahid küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.