Azərbaycan Şahmat Federasiyası və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Gəncə Open” Şahmat Festivalına yekun vurulub.
SIA xəbər verir ki, 12 ölkədən 300-dən artıq şahmatçının iştirak etdiyi turnirin A qrupunda 7 xal toplayan Leon Mendonca (Hindistan) birinci yeri tutub.
B qrupunda Emil Mehrəliyev 8 toplayaraq bütün rəqiblərini qabaqlayıb. Hərəyə 7,5 xal toplayan Amin Qurbanovla Əlisəfa Zeynallı 2-3-cü yerləri bölüşüblər.
Rapid yarışında azərbaycanlı şahmatçı Xəzər Babazadə, blits turnirində isə Özbəkistan təmsilçisi Muhammadzohid Suyarov qalib gəlib.
Təmsilçimiz Tunar Davudov ilk beynəlxalq usta balını toplayıb.
Festivalın ümumi mükafat fondu 41 200 manat təşkil edib. A qrupunun qalibi 10 000, B qrupunda isə ilk yeri tutan şahmatçı 1 100 manat pul mükafatı qazanıb.
Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilib.