Bu il Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33 ili tamam olur. YAP-ın yaranması təkcə bir partiyanın yaradılması deyildi — bu, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyinə, milli dövlətçiliyin gələcəyinə göstərilən tarixi bir xidmət idi.
Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş Azərbaycandamüxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlamışdı. Siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə verdi və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaradıldı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtarmaq, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq, təhlükəli böhran vəziyyətinə çatdırdılar.
1992-ci ilin payızı ölkə üçün sınaqlarla dolu bir dövr idi. Respublikada yeni siyasi düşüncəli, dövlət quruculuğunu və idarəetməçiliyi mükəmməl bacaran,sosial təbəqənin maraqlarını ifadə edən və ən əsası respublikanı uçuruma aparan o zaman ki, çox səriştəsiz hakimiyyətə qarşı müqavimət göstərə biləcək yeni bir təcrübəli komandanın və ictimai-siyasi bir peşəkartəşkilatın formalaşmasına ehtiyac yarandı.
Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşməyə başladılar.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı - alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs” qəzeti vasitəsiləxalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Ümummilli liderimiz xalqın çağırışına səs verdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənərək böyük vüsət aldı.
Nəhayət, 33 il öncə məhz 1992-ci il 21 noyabr günü Azərbaycanın yeni müasir ictimai-siyasidövrünün ən əlamətdar və ən önəmli və unudulmaz təqvimlərindən biri kimi tarixə düşdü.
Naxçıvanda təsis konfransı keçirilərək “Yeni Azərbaycan Partiyası” yaradıldı və Heydər Əliyev YAP-ın sədri seçildi. Keçirilən təsis konfransı müasir Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu.
Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biri kimi yaddaşlara həkk oldu. YAP yaranan gündən yalnız siyasi təşkilat deyil, həm də dövlətçilik düşüncəsinin daşıyıcısı kimi çıxış etdi.
Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsindən, demokratik, hüquqi, dünyəvi dövlətin qurulmasından, milli təhlükəsizliyinin qorunması mövqeyindən çıxış etməsindən, vətəndaşların dinc və firəvan həyatını təmin etməsindən, bütün dünyada sülhün, dövlətlər və xalqlar arasında əməkdaşlığın inkişafına və Azərbaycanın dünya birliyində layiqli təmsil olunmasından, beynəlxalq normalara hörmətlə yanaşmaqdan və nəhayət dünya sivilizasiyasının nailiyyətlərindən geniş istifadə etməkdən ibarətdir.
Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərinin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılması və ümumiyyətlə bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlandı və həyata keçirilməsi başladı.
Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonraYeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün nizamnaməsi və proqramı əsasında - Azərbaycanda hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti, sabit və sosial yönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən milli birlik yaratmaq məqsədilə birgə fəaliyyət göstərən vətəndaşların birləşdiyi parlament tipli siyasi partiya kimi fəaliyyət göstərməyə başladı.
Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradıldı.
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs sonrakı illərdə Azərbaycanı sabitliyə, təhlükəsizliyə və inkişaf mərhələsinə çıxardı. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı isə həm dövlətin, həm də Yeni Azərbaycan Partiyasının tarixində dönüş nöqtəsi oldu.
1993-cü il iyunun 15-də YAP sərdi Heydər ƏliyevAzerbaycan Ali Sovetinin sədri, sonra həmən ilin oktyabr ayının 3-də isə, xalqın səs çoxluğu ilə Azerbaycan Respublikasının Prezidenti seçildi.
Heydər Əliyevin dövlətçilik strategiyası, praqmatik siyasəti, düşünülmüş idarəetmə modeli 1990-cı illərin mürəkkəb çağırışlarından ölkəni uğurla çıxardı və müstəqilliyin daha da möhkəmlənməsini təmin etdi.
Heydər Əliyev həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək müstəqil Azərbaycan dövlətinin BANİSİ və QURUCUSUNA çevrildi.
Hazırda, Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik fəaliyyətinin layiqli davamçısı cənab prezident İlham Əliyevin, YAP-a sədrliyi altında,partiya qarşısında duran öz məqsədlərinə nail olmaq üçün bir çox vəzifələri əsas hesab etməkdədir.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın siyasi kursu yeni mərhələyə qədəm qoydu. Bu dövr Azərbaycanda böyük infrastruktur layihələrinin icrası, iqtisadi yüksəliş, beynəlxalq nüfuzun artması və müasir, güclü dövlət imicinin formalaşması ilə yadda qaldı.
Xüsusilə 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər YAP-ın dövlətçilik ideyalarının ən parlaq təcəssümü oldu. Qarabağın və Şərqi Zəngəzurun azadlığı partiyanın ideoloji xəttində yeni reallıqlar yaratdı.
Dəmək olar ki, bu gün Azərbaycanın bütün uğurlarında YAP-ın böyük rolu var. Partiyanınprezident, parlament, bələdiyyə kimi seçkilərdə qazanılan bütün qələbələri Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan ehtibar və güvəninin bariznümunəsidir. Xalq öz liderinə inanır və liderin də xalqa olan inamı günü-gündən artır.
Bu gün Yeni Azərbaycan Partiyası yalnız ölkənin ən böyük siyasi təşkilatı deyil, həm də geniş intellektual potensiala, güclü kadr bazasına və fəal ictimai-siyasi dayaqlara malik modern partiyadır. Ölkənin bütün regionlarında, həmçinin xaricdə fəaliyyət göstərən strukturları YAP-ın təşkilatı gücünü nümayiş etdirir.
Partiyanın gənclər siyasəti, ictimai proseslərdə aktiv iştirakı, siyasi dialoqa açıq olması onun yeni dövrün çağırışlarına uyğunlaşa bilən çevik təşkilat olduğunu göstərir.
YAP-ın 33 illik tarixi Azərbaycan dövlətçiliyinin ən mühüm mərhələlərindən birinə çevrilib. Bu tarix həm keçilən çətin yolun, həm də gələcək planların təməlidir.
Yeni Azərbaycan Partiyasının 33 illiyi sadəcə bir il deyil; bu, Azərbaycan dövlətinin gücünün, xalqın birliyinin və gələcəyə olan inamının bayramıdır.
Bəli, məhz bayram günündür!
Odur ki, mən də, öz növbəmdə Yeni Azərbaycan Partiyasının bir üzvü kimi, bütün YAP üzvlərini və ümumiyyətlə İlham Əliyev kimi liderimizlə dinc və firavan gələcəyə inanan və irəliləyən Azərbaycan xalqını YAP-ın yaradılmasının 33-ci il dönümü münasibətilə təbrik edirəm.
İlham Quliyev
YAP Yasamal rayon, SOCAR, “Neftqazelmitədqiqatlayihə” institutu üzrə ərazi partiya təşkilatının sədr müavini