SSomali ordusu keçirdiyi iki əməliyyatla əl-Qaidə terror təşkilatına bağlı olan “əş-Şəbab” hərəkatının 11 silahlı üzvünü qətlə yetirib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, əməliyyatlar ölkənin cənub qərbində və mərkəzi hissəsində keçirilib.
Hazırda Somali ordusu “əş-Şəbab”a qarşı hərbi əməliyyatlarını genişləndirib. Ordu son aylarda ölkənin mərkəzindəki bir sıra məntəqəni terrorçulardan təmizləyib.